Təhlükəsizlik zonalarından keçərkən hava limanında metal endoprotez məsələsi necə olsun

Endoprotezləşdirilmə əməliyyatından sonra klinikadan çıxarkən, əksər hallarda xəstələr bizdən onlara endoprotez qoyulduğu barədə arayış istəyirlər­.

Müasir dünyanı ciddi təhlükəsizlik tədbirləri olmadan təsəvvür etmək mümkün deyil­. Nəinki hava limanlarında, eləcə də tez-tez adamların çox toplaşdığı yerlərdə girişlərə ­metal detektorları olan təhlükəsizlik nəzarət zonaları quraşdırılır. Aydındır ki, ­endoprotezli adama bu zonaları necə keçəcəyi sualı narahat edir.  Mübahisəli vəziyyətlərin qarşısını almaq üçün xəstələr mühafizəçilər tərəfindən xoşagəlməz yoxlama proseduru olmadan nəzarət zonasından keçməyə imkan verən arayışa sahib olmaq istəyirlər. Ancaq belə arayışlar olmur və onlar lazım da deyil!

Birincisi, mühafizəçilər hər hansı arayışa baxmayaraq, yenə də öz təlimatlarına  uyğun hərəkət edirlər və detektor siqnal verəndə sizdə qadağan edilən əşyaların olmadığına əmin olacaqlar­. İstənilən terrorçu arayış düzəldə bilər və nə qədər ciddi olmasından və hansı möhürlərin olmasından asılı olmayaraq, arayış əsasında təhlükəsizlik zonasından sərbəst buraxılmaq çox qeyri-ciddi yanaşma ­olardı.

İkincisi, rəsmi arsyışı yalnız Azərbaycan dilində yaza bilərik və xaricdə bunun bir faydası olmayacaq. Əlbəttə ki,­ tərcümə etmək olar. Ancaq razılaşın ki, hər dəfə arayışı ziyarət olunan ölkənin dilinə tərcüməsini notarial qaydada təsdiqləmək əlavə zəhmət­ və xərc olar. Nəzarət zonasında ləngimə yalnız bir dəqiqə çəkəcək­, rəsmi tərcümə almaq üçün notariusa getmək isə ­daha çox vaxt aparacaq.

Hər il dünyada yalnız diz və bud-çanaq oynağının iki milyona yaxın endoprotezləşdirilməsi, bir neçə milyon osteosintezi (sınıqdan sonra sümüyə lövhəciklərin və vintlərin qoyulması) və s. yerinə yetirilir, deməli, bütün dünyada onlarla, hətta yüzlərlə insan var ki, bədənlərində “dəmir” gəzdirirlər­­­. Əlbəttə ki, hava limanlarındakı mühafizəçilər bu vəziyyətdən xəbərdardırlar və hər yerdə­ bu barədə müvafiq təlimatlar var.

Prinsipcə, endoprotezin mövcudluğunu təyin etməyə imkan verən hava limanlarında texniki təhlükəsizlik sistemləri “tam boy” çərçivə metal detektorlarına və skanerlərə bölünə bilər (şəkil 109).

Şəkil 109. Solda – çərçivə metal detektoru; sağda – “tam boy” skaneri.

 

Çərçivə metal detektoru yalnız metalın olması faktına siqnal verməklə reaksiya verir­­. Belə bir siqnaldan sonra təhlükəsizlik işçisi istənilən halda qadağan olunmuş əşyaların gizlədilə biləcək tipik yerləri yoxlayacaq­. Mühafizəçiyə endoproteziniz olduğunu bildirə bilərsiniz, ancaq­ təlimata uyğun olaraq mühafizəçi qadağan edilmiş əşyaların həqiqətən də olmadığına və çərçivənin tapançaya deyil, yalnız endoprotezə reaksiya verdiyinə əmin olana qədər yenə də yoxlama aparacaq­­.

Skaner təhlükəsizlik əməkdaşına oynaq endoprotezininin yaxşı göründüyü bütün bədəninizin rentgen şəklini görməyə imkan verir­­. Mühafizəçilər ­rentgen görüntülərində endoprotezlərin necə göründüyünü bilir­ və siz heç bir problem olmadan belə bir skanerdən keçəcəksiniz.

Narahat olmayın: nə çərçivə metal detektor, nə də skaner sizin endoprotezinizə zərər verə bilməz­.

Uğurlu uçuşlar!