Xəstəxanada nə baş verir
|
OLAR |
· Təmizlik ləvazimatları (diş fırçası və s.). · Əsa və ya qoltuqağacı. · Ayaqqabılar (küçə və tərlik). Ayaqqabının 3 sm-dən yüksək olmayan bir dabanı və altı sürüşməyən olmalıdır. Tərliklərdə lazımsız bəzək-düzək, eləcə də yun, tiftik və ya pərğu əlavələri olmamalıdır. Ayaqqabını geyinmək və çıxarmaq asan olmalıdır. · Qısa bir gecə köynəyi, boş pijama və ya sarğının üstündən geyilə bilən enli darbalaq. · Yüngül, çox uzun olmayan hamam xalatı. · Depilyasiya kremi (məsələn, Veet). · Cib telefonu və onu doldurma cihazı (adapter). · Kontakt linzalar əvəzinə eynək, çünki onlar qulluq tələb etmir və onları itirmək daha çətindir. · Dərmanlarınızın siyahısı, o cümlədən bu yaxınlarda cərrahın tövsiyəsi ilə istifadə etmədiyiniz dərmanlar da bura daxildir. Əgər başqa bir xəstəlik üçün fərdi olaraq seçilmiş dərmanları qəbul edirsinizsə, onları özünüzlə götürün. · Az miqdarda nağd pul - qəzet almaq, telefon pulunu ödəmək üçün və s. · Vaxt keçirməyə və diqqətinizi yayındırmağa kömək edəcək bir kitab, jurnal və ya başqa bir şey. · Özünüzlə noutbuk və ya DVD pleyer götirə bilərsiniz. · Diş protezləriniz və ya eşitmə cihazınız varsa, onları saxlama qabları ilə birlikdə götürün. |
|
OLMAZ |
· Zinət əşyaları, böyük miqdarda nağd pul, kredit kartları (lazım olanlar istisna olmaqla), cüzdan, saat. Unutmayın ki, istənilən xəstəxana ictimai bir yerdir və burada şəxsi əmlakınızın təhlükəsizliyinə təminat vermək mümkün deyil. |
Xəstəxanaya gəldiyiniz zaman müalicə həkiminiz əməliyyatöncəsi analizlərin və müayinələrin nəticələrini yoxlayacaq, bir daha sizin yanaşı xəstəliklərinizlə maraqlanacaq və xəstəxanaya yerləşdirmə barədə son qərarını verəcəkdir.
Sonra adınıza sənədlər hazırlanır, qəbulda xəstəlik tarixçəsi yazılır və bundan sonra palatada yerləşə bilərsiniz.
Xəstəxanada olduğunuz gün sizinlə mütləq müalicə həkiminiz söhbət edəcək və sizinlə birlikdə tibbi sənədlərinizi dolduracaqdır. Burada sağlamlığınız, əsas xəstəlik və yanaşı xəstəliklər haqqında məlumatlar əks olunacaqdır. Həkim sizinlə qarşıdan gələn əməliyyatın planını müzakirə edəcək, onun üstünlükləri və mənfi cəhətləri barədə məlumat verəcək. Bu proses müalicə üçün informasiya alınmış razılıq adlanır. Sağlamlığınızla bağlı həkimdən heç bir məlumat gizlətməyin və bir şey sizə aydın deyilsə və ya bir şey haqqında daha çox bilmək istəyirsinizsə, suallar verməkdən utanmayın. Xəstəlik tarixçəsinin hazırlanması prosesinin bir hissəsi olaraq sizdən xəstəliklərinizlə bağlı suallar olan sorğunu doldurmağınız xahiş oluna bilər. Müalicə həkimi ilə söhbətin sonunda müalicə üçün informasiyanın alınması razılığını imzalamalı olacaqsınız. Bu sənədə imza ataraq, heç kimin sizi əməliyyat etdirməyə məcbur etmədiyini və əməliyyatın mahiyyətini, faydalarını və risklərini və alternativ müalicə imkanlarının izah edildiyini təsdiqləyirsiniz. Adətən ümumi bir səhv fikir dolaşır ki, “həkim sizin imzanızı almaqla məsuliyyəti öz üzərindən atır”. Bu tamamilə yanlışdır. İmza yalnız sizin razılığınızı bildirir.
Bundan sonra, lazım gələrsə, terapevt və ya digər mütəxəssislər sizə məsləhət verəcəkdir.
Əməliyyat öncəsi nəticələrdə hər şey qaydasında olarsa və xəstəxananın da belə bir imkanı olarsa, onda endoprotezləşdirilmə əməliyyatını adətən artıq xəstəxanaya yerləşdirildikdən bir gün sonra həyata keçirirlər.
Əməliyyatdan əvvəlki gün analizin və müayinələrin nəticələri, xəstəlik tarixçəsi ilə tanış olmuş anestezioloq sizinlə anesteziyanın seçilmiş variantını müzakirə edəcəkdir. Bir qayda olaraq, bud-çanaq oynağının endoprotezləşdirilməsində yerli anesteziya və ya ümumi anesteziya (narkoz) istifadə olunur. Anesteziya haqqında daha ətraflı növbəti fəsildə danışacağıq.
Pəhriz. Əməliyyatdan bir gün əvvəl hər zamanki kimi yeyə bilərsiniz, ancaq alkoqollu içkilər içməməlisiniz. Axşam saat yeddidən sonra heç nə yeməyin, gecə yarısından sonra içməyin. Bu, normal anesteziyayaya maneə yaratmamaq üçün lazımdır. İstisna olaraq, dərmanı bir qurtum su ilə qəbul edə bilərsiniz.
Əməliyyatdan əvvəl axşam və ya səhər duş qəbul edin. Bu halda triklozanlı sabun və ya duş gelindən istifadə etmək məqsədəuyğundur (məsələn, Safeguard sabunu). Duşdan sonra təmiz yataq ağından və alt paltarlarından istifadə edin.
- Su udmadan dişlərinizi fırçalaya və ağzınızı yaxalaya bilərsiniz.
- Barmağınıza yapışan bantla yapışdırıla bilən nişan üzüyü istisna olmaqla, bütün zinnət əşyalarınızı çıxartmağınız istəniləcəkdir. Ən yaxşı bütün zinət əşyalarını evdə qoymaqdır.
- Əgər parik və ya şinyon taxırsınızsa, onu da çıxarmaq lazımdır.
- Xüsusi mayedən istifadə edərək dırnaqlardan və ayaqlardan lakı silmək lazımdır.
Əməliyyatdan əvvəl o biri ayağınıza sıxan (kompressiya edən) corab geyindiriləcək və ya dizə qədər elastiki bintlə sarıyacaqlar. Bunlar qan laxtalanmasının qarşısını almaq üçün edilir.
Əməliyyat otağına diyircəkli xüsusi arabada aparılacaqsınız.
Anesteziya edildikdən sonra, sidik kisənizə boru (kateter) qoyulacaq. Bu iki səbəbə görə edilir.
- Anesteziya zamanı sidik ifrazını idarə edə bilmirsiniz.
- Həkim bədəninizin ifraz etdiyi mayenin miqdarını bilməlidir. Adətən kateterlər əməliyyatdan sonra ikinci gün çıxarılır.
Əməliyyatdan əvvəlki gecə
- Duş (vaxt imkanı varsa, əməliyyat günü qəbul edilə bilər). Duşdan sonra təmiz çamaşırlar geyinin. Tibb işçiləri sizə budunuzda tükləri qırxmaq lazım olduğunu desələr, xahiş edirik, ülgücdən istifadə etməyin. Bundan dəridə cızıqlar və kəsiklər yarana bilər ki, bu da infeksiyanın yaranması ehtimalını artırır və buna görə əməliyyat təxirə salınmalı ola bilər. Ən yaxşısı sadə depilyasiya kremlərindən istifadə etmək lazımdır (məsələn, Veet).
- Axşam saat yeddidən sonra heç nə yeməyin və gecə yarısından sonra maye qəbul etməyin.
- Bu fəsli bir daha yenidən oxuyun.
- Həmin gecə istirahət etmək yaxşıdır. Həyəcanlanmayın və yaxşıca yatın. Lazım gələrsə, narahatlığınızı idarə etmək üçün əməliyyatdan bir gecə əvvəl sizə dərman veriləcək.
Əməliyyat günü
- Anestezioloq icazə verərsə, dərmanı həmişəki kimi bir qurtum su ilə içməklə qəbul edin.
- Su udmadan dişlərinizi fırçalaya və ağzınızı yaxalaya bilərsiniz.
- Rahat paltar geyinin.
- Qiymətli əşyaları qohumlara və ya saxlanca verin.